hemle

Lukaşenko avropalıları lağa qoydu: “Bu koronavirus kimin kim olduğunu göstərdi”

Tarix:26-04-2020, 23:47
Baxış Sayı:483

Aprelin 26-da Narovlianski rayonuna səfəri zamanı Belarus prezidenti A.Lukaşenko Avropa Birliyində koronavirus pandemiyası zamanı yaranan vəziyyəti şərh edib.

AzToday.az “newsbel.by”-yə istinadən xəbər verir ki, Lukaşenko Avropada olan vəziyyəti belə qiymətləndirib:

“Bu koronavirus kimin kim olduğunu göstərdi. Gördünüz: Avropa Birliyi, varlılar – və hər biri öz qabığına çəkilmişdi və bir-birlərinə kömək edə bilmədilər”.

Dövlət başçısı epidemiya zamanı İspaniyada olan bir belaruslu iş adamının əhvalatını da danışıb: “Beləliklə, o geri qayıdan da soruşdum – nə üçün gəldiniz? İspaniyada qalardınız. “Aleksandr Qriqoryeviç, artıq ora getməyəcəyəm. Mən evə qayıtmaq üçün çox pul ödədim”, – dedi iş adamı söhbət zamanı. Prezidentin sözlərinə görə, yalnız Belarusa qayıtdıqdan sonra həmsöhbəti “sərbəst nəfəs almağa” başladıdığını deyib.

Orxan Məmmədli

AzToday.az

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək