hemle

Şuşa şəhəri Dövlət Qoruğu xüsusi nümayəndəliyin nəzdində olacaq

Tarix:21-05-2021, 18:04
Baxış Sayı:300

Şuşa Şəhəri Dövlət Qoruğunun xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə edilməsi nəzərdə tutulur.

hemlemedia.az xəbər verir ki, bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.

Həmçinin Qoruğun maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən dəstək məqsədilə xüsusi fondun yaradılması nəzərdə tutulur. Qoruğa əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılır.

Qoruqda hüquq-mühafizə və məhkəmə orqanları istisna olmaqla digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB evləri) və ya yalnız elektorn qaydada göstərməsi nəzərdə tutulur.

Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?