hemle

AZAL Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşlara başlayır

Tarix:21-05-2021, 17:48
Baxış Sayı:296

İyunun 25-dən etibarən AZAL Bakıdan Türkiyənin Bodrum və Dalaman kurort şəhərlərinə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakı-Bodrum-Bakı istiqaməti üzrə uçuşlar hər gün, Heydər Əliyev Beynəlxalq Aeroportundan Dalaman şəhərinə uçuşlar isə həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

Qeyd edilib ki, aviadaşıyıcı digər kurort şəhəri - Antalyaya da uçuşlar həyata keçirir.

Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişinlər qəbul ediləcək.

Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytına keçid linkindən tanış ola bilərsiniz.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib.

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdır.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Digər xəbərlər
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI