hemle

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Tarix:27-11-2020, 12:58
Baxış Sayı:303

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən hemlemedia.az a verilən məlumata əsasən, dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

4 dekabr 2020-ci il tarixdən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu