hemle

TÜRKİYƏDƏN RUSİYAYA UÇUŞLARIN TARİXİ AÇIQLANDI

Tarix:27-07-2020, 21:24
Baxış Sayı:428

Türkiyədən Rusiyaya aviauçuşlar həyata keçiriləcək.

ATESH,AZ saytı xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

O bildirib ki, Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri – Antaliya, Bodrum və Dalamana reallaşdırılacaq.

Nazir bildirib: “İki ölkə arasında aparılan danışıqlar çərçivəsində Rusiya beynəlxalq uçuşlara 1 avqustdan başlayır. İlkin mərhələdə Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərləri ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında səfərlər reallaşdırılacaq. Rusiya ilə Türkiyənin tətil bölgələri havalimanlarına uçuşlar isə 10 avqustdan başlayacaq. Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən Türkiyənin Antaliya, Bodrum və Dalaman şəhərlərinə tarifli və çarter uçuşları olacaq.

Rusiya ilə Türkiyə arasında uçuşların başlanmasını hər iki ölkə səbirsizliklə gözləyir.

Rusiyaya gedən sərnişinlər ən gec 3 gün əvvəldən PCR metoduyla “Covid-19” testindən keçməlidir. Onlar həm də ingilis və ya rusca anket doldurmalıdır. Mənfi PCR testini təsdiq edən hər hansı bir sənəd olmadan təyyarəyə minməyə icazə verilməyəcək.

1 avqustdan Türkiyə Rusiyadan başqa Küveyt, Hindistan və Cənubi Afrika uçuşlarına da başlayacaq. Epidemiyanın vəziyyətinə görə Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq, Keniya və Özbəkistan uçuşları da başlanma sırasındadır.”
ATESH,AZ

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq