hemle

Qazilərin protezlərlə təminatında problem var? – Rəsmi açıqlama

Tarix:7-05-2021, 13:11
Baxış Sayı:273

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində iştirak etmiş bəzi qazilərin protezlərlə təminatında problemlərinin olmasına dair səsləndirilən fikirlərə münasibət bildirib.

Agentlikdən verilən məlumatda bildirilir ki, qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlıqdan irəli gəlir: “Bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir. Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyən hazırlıq mərhələsi olur.

Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür”.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat