hemle

İrandan Azərbaycana siqaret qaçaqmalçılığının qarşısı alındı

Tarix:27-04-2021, 15:44
Baxış Sayı:251

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri “Scania” və “Mercedes Benz” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4400 ədəd üzərində “Manchester” yazısı olan siqaret aşkar edilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir