hemle

Sahibə Qafarova: “Xocalı qətliamına göz yumanların saxta soyqırımı iddiaları təəssüf doğurur”

Tarix:27-04-2021, 12:49
Baxış Sayı:252

“Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyyatdan başqa bir şey deyil. Alimlərin araşdırmalarında da bu nəticə aydın olur”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırım əməlləri həyata keçirilib:

“Əslində soyqırım baş verib. Bunun müəllifləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta soyqırımı iddaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, “erməni soyqırımı” ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir”.

S.Qafarova bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır:

“Uydurma erməni soyqırımı üzərindən Türkiyəyə qarşı yönələn kampaniyada da ölkəmiz Türkiyənin yanındadır”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir