hemle

“Xocalı soyqırımı rus mədəniyyət və tədris mərkəzində yad edildi” - Atəş.az

Tarix:19-02-2017, 14:17
Baxış Sayı:775

Fevral ayının 18-də Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “RUKEM – Rus Mədəniyyət və Tədris Mərkəzində” Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub. Bu haqda saytımıza tədbirin təşəbbüsçüsü və məruzəçisi tarixçi Ph.D Cavid Mövsümlü bildirib. “RUKEM”-in təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan fərqli ölkələrin rusdilli nümayəndələri iştirak ediblər. Anma proqramı, gələn qonaqların rusdilli olduğu nəzərə alınaraq, rus dilində aparılmışdır. Tədbirin məruzəçi qonağı olan Azərbaycanlı tarixçi Cavid Mövsümlü Azərbaycan tarixi, Qarabağ münaqişəsi və Xocalı Soyqırımı mövzularında qonaqlar üçün çıxış edib. O öz çıxışının sonunda dost ölkələrdən olan qonaqlara, xüsusilə Rusiyalılara Azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. O sözlərinə əlavə edərək bildirib ki, “Azərbaycanlıların bu soyqırımı dünyaya düzgün şəkildə çatdırmaqda məqsədləri, bu faciədən dünya ictimaiyyətinin dərs götürərək, insanlıqdan kənar belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaqdır”. Öz növbəsində “Rus Mədəniyyət və Tədris Mərkəzinin” sədri Karina İkayeva-Düzçəmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, “bəşəriyyət hər zaman haqqın və ədalətin yanında olmalıdır, biz də bu nöqteyi-nəzərdən Azərbaycanlılara qarşı edilmiş haqsızlıqlara son verilməsini arzu edirik”. Tədbir sonunda qonaqları maraqlandıran suallara cavab verilib və xatirə şəkilləri çəkilib.

Atəş.az



Digər xəbərlər
21:49 Türkiyədən Ayasofya ilə bağlı qərar: Altı əsrdən sonra ilk dəfə...
21:44 Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə... - Trampdan Zelenskiyə cavab
19:13 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq