hemle

Azyaşlı övladını atıb Türkiyəyə qaçan qadından XƏBƏR VAR

Tarix:16-04-2021, 10:21
Baxış Sayı:275

Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.

Bu barədə onun bacısı Elnarə Arı sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı zəng edərək ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.

Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsilə işləmək üçün həmin ölkəyə üz tutub:

“Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıq əsassız imiş. Bacım tibb işçisidir və Türkiyədə yaşlılara baxaraq pul qazanmağa başlayıb. Bacıma haqq qazandıra bilmirəm. Məqsədi vətənə qayıdanda övladını yanına alıb başqa evə köçmək üçün lazım olan vəsaiti toplamaq imiş”.

Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib. Məlumat üçün bildirək ki, Əliyeva Cəmilə ailəlidir və azyaşlı övladı var.

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ