hemle

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş

Tarix:4-02-2021, 18:24
Baxış Sayı:316

Bu gün bir sıra sosial şəbəkələrdə və mediada Vətən müharibəsində iki oğlunun itkin düşdüyü deyilən ana ilə bağlı reportaj yayımlanıb. Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb. Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.

Bu səbəbdən də "Qafqazinfo" məsələni araşdırıb. Məlum olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.

Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da “Qafqazinfo”ya bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.

H. Cavadova bildirib ki, qardaşının dediyinə görə, bacısı bir neçə il əvvəl doğulduğu kəndə gəlib və yanında Azər adında azyaşlı oğlan olub. Lakin bu uşağın onun özünün oğlu olub-olmadığı da bilinmir: “Qardaşının dediyinə görə, bacısının psixoloji problemləri var. Bir dəfə 2015-ci ildə kəndə gəlib və yanında 7-ci sinifdə oxuyan Azər adında uşaq olub. Onun sənədlərini hazırlayıblar və müalicə etdiriblər. Lakin uşağın onun oğlu olub-olmadığı, hazırda söhbətin həmin Azərdən getdiyi də bilinmir. Amma o dəqiqdir ki, onun Valid adında oğlu yoxdur”.


Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq