hemle

Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

Tarix:13-04-2021, 10:56
Baxış Sayı:300

“Azərbaycan həmişə münaqişənin həll edilməsində maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf idik. Azərbaycanın mövqeyi konstruktiv olub”.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan münaqişənin həll olunmasını istəmirdi.

“Mən danışıqlar zamanı hiss edirdim ki, Ermənistan həll istəmir. Onlar həll istədiyini deyirdilər, amma onların atdıqları addımlar sülhə yönəlməmişdi”, - deyə İlham Əliyev əlavə edib.

Onun sözlərinə görə, işğal müddətində müdafiə xətləri qurmaq, ərazilərin minalanması üçün Ermənistan tərəfindən yüz milyonlarla dollar sərmayə qoyulub.

“Biz aydın başa düşürdük ki, bu, əraziləri daim işğal altında saxlamaq üçün atılan addımlardır”, - deyə Prezident əlavə edib.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?