hemle

Avropalı nazir: “Türkiyə PUA-ları qarşısında acizik”

Tarix:8-04-2021, 17:09
Baxış Sayı:290

Almaniyanın tanınmış “Frankfurt Allgemeine Zeitung” nəşri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatının (PUA) Almaniya ordusunun mütəxəssislərini heyrətə saldığını yazıb.

Məqalədə qeyd olunur ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdir.

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib.


Almaniya müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün artıq bəzi təkliflər irəli sürüb.

O qeyd edib ki, ölkənin hava hücumundan müdafiə sistemləri təcili olaraq dəyişdirilməlidir:

“Silahlı qüvvələrimiz bu vəziyyətdə müqavimət göstərmək iqtidarında deyil. Ancaq Almaniya ordusunun PUA hücumlarına qarşı demək olar ki, müdafiəsiz olduğunu qəbul etmək sürpriz oldu”.

“Frankfurt Allgemeine Zeitung” nəşri yazır ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib və erməni hərbçiləri bu hücumlar qarşısında məyus vəziyyətə düşüblər.

Digər xəbərlər
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var