hemle

ERMƏNİSTAN RUSİYA İLƏ BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

Tarix:5-09-2020, 15:01
Baxış Sayı:883

Ermənistan Rusiya hərbçiləri ilə birgə təlimlərə başlayıb.

ONN media xəbər verir ki, ordular artilleriya, hərbi hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki və ordu aviasiyasının dəstəyi ilə kəşfiyyat və hücum komplekslərində əməliyyatlar təşkil edəcək.

Gümrüdə yerləşən Cənubi Hərbi Dairənin Rusiya hərbi bazasının qulluqçuları Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri ilə birgə taktiki təlim çərçivəsində Kamxud və Alaqyaz silsilələrinə yürüş ediblər.

Pilotsuz uçuş aparatları isə manevr və süni düşmənin mövqelərinin atəşə tutulması zamanı birləşmələrin hərəkətlərini izləyəcək.

Təlim zamanı hərbi qulluqçular gündüz və gecə nəqliyyat vasitələrini və zirehli maşınları idarə etmək, atıcı silahlardan, qumbaraatanlardan atəş açmaq, piyadaların döyüş maşınlarının silahlandırılması, tanklar, topçu və zenit raketləri üçün sınaq təlimləri yerinə yetirəcək.

Təlimlərə Cənub Hərbi Dairəsinin 1000 hərbçisi, qırıcı, ordu və pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnika cəlb olunub.

Qeyd edək ki,102-ci Rusiya hərbi bazası MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində hazır vəziyyətə gətirilən Gümrü şəhərində yerləşdirilib. Ermənistan və Rusiya 20 avqust 2010-cu il tarixində bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.
ATESH,AZ

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı