hemle

Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir

Tarix:31-03-2021, 11:37
Baxış Sayı:323

Həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib.

hemlemedia.az Musavat.com-a istinadən xəbər verir ki, o, günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.

"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətlisizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Hüseyn Abdullayev özünü təqsirli bilmir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir