hemle

Bu şəxslər səfərbərliyə cəlb olunacaqlar - Zaur Abdullayev

Tarix:28-09-2020, 14:07
Baxış Sayı:394

Məlum olduğu kimi, bu gün Azərbayca Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə ölkədə qismən səfərbərlik elan olunub.

hemlemedia.az saytı xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bu gün keçirilən brifinqdə deyib:

"Qismən səfərbərlik zamanı təsdiq edilmiş plana uyğun olaraq, gizir, əsgər, matros və miçmanlar 35 yaşa, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 yaşa qədər orduya cəlb olunacaqlar.

Xidmət tələb olunan sayda hərbi vəzifəli və hərbi nəqliyyat vasitələrinin hərbi hissələrə təqdim olunması üçün bütün imkanlara malikdir. Çağırılanlar yaşadıqları ərazidə müvafiq hərbi strukturlarına gəlməlidirlər.

Qeyd edim ki, cəbhədə baş verən gərginliklər zamanı xeyli sayda vətəndaşımız könüllü olaraq səfərbərlik üçün müraciət ediblər".
ATESH,Az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı