hemle

Ombudsman azərbaycanlı əsirlərə işgəncə faktları ilə “Human Rights Watch”a cavab verdi

Tarix:24-03-2021, 12:53
Baxış Sayı:274

“Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatında bildirilib.

Qeyd olunub ki, münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalıdır.

“Birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikili standartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq”,-deyə bəyanatda bildirilib.

Bəyanatda daha sonra qeyd edib:

“HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik.

Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyində saxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi. Məsələn, Ombudsmanın şəxsən apardığı söhbət zamanı müharibə əsirlərindən biri iti metal çubuqla vurulduğunu, digəri isə elektrik cərəyanı verilməsinə məruz qaldığını, digər biri isə dəfələrlə siqaret alışqanı ilə yandırıldığını söyləyib.

Əsirlikdə olan zaman onlara ailə üzvləri və yaxınları ilə ünsiyyət qurmaq üçün heç bir fürsət yaradılmayıb.

Yuxarıda qeyd olunanlar HRW təşkilatının nəzərinə çatdırmaq istədiyimiz hallardan sadəcə bir neçəsidir. Daha ətraflı məlumatı Azərbaycan Ombudsmanının Ermənistan əsirliyində olan Azərbaycan əsirlərinə qarşı pis rəftara dair son hesabatında tapmaq mümkündür. Erməni əsgərləri tərəfindən Azərbaycan əsirlərinə qarşı işgəncə və pis rəftarın danılmaz faktlarını göstərən videoların keçidləri də hesabatda öz əksini tapıb”, - deyə qeyd olunub.

Ombudsman çağırış edib ki, HRW təşkilatı qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalıdır.

“HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış