hemle

Bayram günlərində əlavə məhdudiyyət olmayacaq - RƏSMİ

Tarix:19-03-2021, 17:21
Baxış Sayı:317

“Xəstəxanalarda 1500-1600 nəfər koronavirus xəstəsi var. Xəstələrin sayı artarsa, sərtləşdirilmiş karantin rejiminə gedilə bilər”.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, səhiyyə sistemi pandemiya ilə mübarizəyə tam hazırdır:

“Xəstəxanalarda çarpayı ehtiyatı mövcuddur. Reanimasiya şöbələrində yoluxma sayına uyğun olaraq mübarizə aparılır. Vətəndaşları narahat edən məsələ yenidən sərtləşdirmənin olub-olmamasıdır. Burada önəmli faktor mövcud vəziyyətdir. Buna uyğun olaraq, yoluxma sayı artarsa, sərtləşdirilməyə gedilə bilər. Bu bizim hər birimizdən asılıdır.

Karantin rejimində əlavə məhdudiyyətlərə gedilməməsi üçün qarşıdan gələn bayram günlərində vətəndaşları karantin qaydalarına riayət etməyə çağırırıq”.

O bildirib ki, bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq:

“Hər hansı əlavə sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir