hemle

AZƏRBAYCAN VƏTƏNDAŞLARININ XARİCƏ SƏFƏRLƏRİ İLƏ BAĞLI MƏHDUDİYYƏT VARMI? – RƏSMİ

Tarix:13-05-2020, 18:19
Baxış Sayı:464

Azərbaycan vətəndaşlarının xarici səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil.

ONN media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, mayın 31-dək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb: “Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkil olunması həyata keçirilir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər, ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb: “Hazırda Azərbaycanın vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir”

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq