hemle

Hikmət Hacıyev: "Xaricdə olan vətəndaşların geri qaytarılması həyata keçirilir" - FOTOLAR

Tarix:13-05-2020, 17:26
Baxış Sayı:856

"Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə çox ciddi uğurları var və bu, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir".

Musavat.com xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, çox qısa zaman kəsiyində Azərbaycan Respublikasının təşəbbüsü ilə iki möhtəşəm sammit keçirilib: "Onu da bildirim ki, "Evə gedirəm" portalı vasitəsilə vətəndaşlar ölkəyə gətirilir. Belə ki, mayın 4-dən 17-dək bu portal vasitəsilə İrandan 95, İstanbuldan 212, Daşkənddən 50, Riqadan 52, Minskdən 124 nəfər gətirilib.

Moskvadan mayın 12-də tələbələr gətirilib. Kiyevdən 198 nəfərin gətirilməsi nəzərdə tutulur. 18-31 may tarixlərində İran, MDB, Avropa qitəsindən Azərbaycan vətəndaşlarının gətirilməsi planlaşdırılır. Gətirilən bütün vətəndaşlar 4, 5 ulduzlu otellərdə yerləşdirilir və onlar lazımı qaydada izolyasiya edilir".

Əli Rais,
Musavat.com,
Fotolar: Elçin Əkbərov

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı