hemle

HƏFTƏ ƏRZİNDƏ 400-500 VƏTƏNDAŞ ÖLKƏYƏ GƏTİRİLƏCƏK – HİKMƏT HACIYEV

Tarix:13-05-2020, 18:23
Baxış Sayı:493

Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətləri var. Rusiyada vətəndaşlarımızın olması ilə bağlı qarşılıqlı tədbirlər həyata keçirilir.

ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:

“Rusiyadakı vətəndaşlarımızın gətirilməsi üçün “Evə gedirəm” portalı yaradılıb. Onların bu portalda qeydiyyatdan keçməsi vacibdir. Həftə ərzində 400-500 vətəndaşımızın ölkəyə gətirilməsi nəzərdə tutulur. Aprelin sonu, mayın əvvəlində 550-yə yaxın vətəndaş quru yolu ilə ölkəyə gətirilib. Eyni zamanda Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi şərait yaradılıb.

Birbaşa sərhədə yaxınlaşaraq problem yaratmaq kimi hallar düzgün hesab edilmir. Biz dövlət başçısı ilə sərhəd məntəqəsində olduq, şəraitlə tanış olduq. Ordakı vətəndaşlarımızın hotellərdə yerləşdirilməsi üçün şərait yaradıldı”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ