hemle

Azərbaycanda Britaniya ştammı təhlükəsi: Qapanma gözlənilir

Tarix:17-03-2021, 17:18
Baxış Sayı:283

Martın 19-da Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi gözlənilir.

Bu barədə “Report”a tibb sahəsindən olan mənbələrdən məlumat verilib.

Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd edilir.

Qarşıdan Novruz bayramı ilə əlaqədar Azərbaycanda doqquz gün tətil olacaq. Bununla əlaqədar olaraq isə bir çox insan regionlara getməyi planlaşdırır. Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrilir.

Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.

Buna misal kimi, Slovakiyada pandemiyanın artıq dövlət böhranına səbəb olmasını göstərmək olar. Bu ölkədə gündəlik yoluxma 3 min, ölənlərin sayı isə yüzlərlədir.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmağa davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutasiya növü 38 ölkədə dolaşmaqdadır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir