hemle

Koronavirusun daha təhlükəli yeni ştammı ölkəmizdə var? - RƏSMİ AÇIQLAMA

Tarix:7-01-2021, 17:54
Baxış Sayı:306

“Hazırda heç kim doğru məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, bu gün ölkədə PCR üsulu ilə virusun mövcudluğunu təsdiq etmək mümkündür:

“Virusun növünü, mutasiyasını və yeni ştammlarının olduğunu araşdırmırıq. Bu gün məlum olan ştamm haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir”.

“Daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi məlumatlar tam məlum deyil”, - deyə Y.Qarayeva əlavə edib.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR