hemle

Şeyx çağırış edib: “Siz də bu xalqın, torpağın oğlusunuz”

Tarix:16-03-2021, 18:27
Baxış Sayı:293

“Bəzi insanlar içimizdə olan mənəvi boşluqdan istifadə edərək zəfərə müəyyən ləkələr salmağa çalışırlar. Xalqımız birləşərək Qarabağ müharibəsini qələbə ilə başa vurdu. Gələcəyin bərpası, eləcə də Azərbaycanın bütövlüyü və birliyi nəinki xaricdə, həmçinin ölkə daxilində davam etməlidir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində deyib.

“Gizli deyil ki, bəzi qüvvələr ölkə daxilində və ya xaricində qələbəni qəbul edə bilmir, dövlət başçısının apardığı bu siyasətə bəzən qiymət verə bilmir. Onlara çağırış edərdim ki, siz də bu xalqın, torpağın oğlusunuz. Onların qardaşları, oğulları torpaq uğrunda qan töküb. Bu torpağı birlikdə qorumalıyıq. Dəvət edirəm ki, vətəni sevib qorumağı bacarsınlar. Elə məqamlar var ki, təhlükəsizliyimizə zərər verir, bu şeylərə qoşulmasınlar. İnsanlarda səhv ola bilər, ancaq vətənə qarşı təhlükəli sözlərin deyilməsinə və xarici qüvvələrin istifadəsinə imkan yaratmasınlar. Bunları tövsiyə edirəm”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir