hemle

Gürcüstan həbsxanalarında 93 vətəndaşımız saxlanılır

Tarix:14-11-2018, 13:04
Baxış Sayı:616

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır.

Atəsh.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib.

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının 20-si təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır.

Azərbaycan vətəndaşları qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 15,7%-ni təşkil edir.

Gürcüstanda ümumilikdə 45 ölkənin 594 vətəndaşı cəza çəkir. Türkiyə vətəndaşları onların arasında 132 nəfərlə birinci yerdədir.

Qonşu ölkənin həbsxanalarında 109 İran, 68 Rusiya, 28 Ermənistan vətəndaşı saxlanılır.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı