hemle

Fazil Mustafa gizli toy edənlərə haqq qazandırdı

Tarix:12-03-2021, 10:05
Baxış Sayı:296

"Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq".

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, buna yol vermək olmaz: "Çünki yoxsullaşmaq ziyandır, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan “sağalmaq” olmur".

Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərəstlikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməlidir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir