hemle

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Tarix:7-03-2021, 00:22
Baxış Sayı:298

Ermənistan Prezidenti Armen Sarkisyan martın 7-də müxalifət nümayəndələri ilə görüşmək istəyir.

hemlemedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələri birləşdirən müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Saqatelyan deyib.

“Bizə prezidentin hərəkat rəhbərləri ilə növbəti dəfə görüşmək istədiyi deyildi”, - deyə Saqatelyan qeyd edib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeyini bildirib və Baş qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb.

“Bizə yekun cavab verilməyib, ancaq bazar ertəsinədək vaxt var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etməyə məcburdur, əks halda, ölkədə hazırkı vəziyyətə və baş verəcəklərə görə şəxsən məsuliyyət daşıyacaq”, - deyə İşxan Saqatelyan qeyd edib.

O, həmçinin, Baş qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir