hemle

Mübariz Mənsimov azadlıqda!

Tarix:5-03-2021, 14:26
Baxış Sayı:302

Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

AzadMedia.az-ın məlumatına görə, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Xatırladaq ki, M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir