hemle

DİN-dən quzu gəzdirənlər haqda açıqlama

Tarix:3-03-2021, 10:56
Baxış Sayı:299

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Bakının mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirən iki gəncin saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “AzadMedia.az a açıqlamasında bildirib ki, həmin şəxslər quzu gəzdirdiklərinə görə yox, insanların toplaşmasına səbəb olduqları üçün şöbəyə aparılıblar: “Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi qaydalarının pozulmasına yol verə biləcək hərəkətlər qadağandır. Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir