hemle

Bu il Bakıda keçiriləcək “Formula-1”dəki YENİLİKLƏR

Tarix:2-03-2021, 19:56
Baxış Sayı:342

Bu il keçiriləcək “Formula-1” üzrə dünya çempionatında bir sıra dəyişikliklər olacaq.

hemlemedia.az-a Bakı Şəhər Halqasından verilən məlumata görə, bu il çempionatda yarışan hər komandanın büdcəsinin 145 milyon dollardan çox olmaması qərarı verilib.

Həmçinin bu məbləğin 2026-cı ilədək 100 milyon dollaradək aşağı endirilməsi planlaşdırılır.

Builki yarışlar əvvəlki illərdən fərqli olaraq dörd gün ərzində keçirilməyəcək. İndi yarışlar üçün üç gün kifayət edəcək.

Qırmızı bayraqla dayandırılan yarışların müddəti isə əvvəlki kimi dörd saat müddəti əhatə etməyəcək. İndi yarışın bitmə vaxtı üç saatdan artıq ola bilməz.

Qeyd edək ki, bu il Bakıdakı yarış 4-6 iyun tarixlərində keçiriləcək. Bakıda keçiriləcək beşinci yarış azarkeşsiz baş tutacaq. Həmçinin əvvəlki illərdə olduğu kimi, dörd gün ərzində məşhur dünya pop ulduzlarının iştirakı ilə konsert təşkil olunmayacaq.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR