hemle

TARİX AÇIQLANDI: İYULUN 5-DƏ…

Tarix:28-05-2020, 19:44
Baxış Sayı:422

“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb.

ONN media xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.

İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2″nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.

Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb:

5 iyul – Avstriya

12 iyul – Avstriya

19 iyul – Macarıstan

2 avqust – Böyük Britaniya

9 avqust – Böyük Britaniya

16 avqust – İspaniya

30 avqust – Belçika

6 sentyabr – İtaliya

20 sentyabr – Azərbaycan

27 sentyabr – Rusiya

4 oktyabr – Çin

11 oktyabr – Yaponiya

25 oktyabr – ABŞ

1 noyabr – Meksika

8 noyabr – Braziliya

22 noyabr – Vyetnam

29 noyabr – Bəhreyn

6 dekabr – Bəhreyn

13 dekabr – BƏƏ.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb. (Apasport)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:10 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu