hemle

Azərbaycan və Türkiyə diasporları tarixi birgə araşdırır

Tarix:24-02-2021, 09:55
Baxış Sayı:299

2018-ci ildə "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum"u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır.

Unikal.org xəbər verir ki, bu gün keçiriləcək “1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq” mövzusunda birgə onlayn konfrans da bu qəbildəndir.

Konfransda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, eləcə də tanınmış alimlər və 30-a yaxın ölkədən 100-dən çox diaspor gənci iştirak edəcək.

Görüşdə Azərbaycan və türk diaspor gənclərinin sualları da cavablandırılacaq.

“Bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən Azərbaycan Türkiyə münasibətləri diaspor hərəkatı müstəvisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” fikri əsasında inkişaf edir və iki qardaş ölkənin diaspor təşkilatları yaşadıqları ölkələrdə də bu meyarlara söykənərək əməkdaşlıq edirlər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir