hemle

CÜMHURİYYƏT QURUCULARININ VARİSLƏRİ AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİLƏR

Tarix:26-05-2020, 22:26
Baxış Sayı:467

Diasporla İş üzrə Dövlət Komitəsi “Respublika günü” ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.

ONN media xəbər verir ki, Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını “Respublika günü” münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Diaspor TV-də Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı