hemle

Əsrlərlə gizlədilən sirr

Tarix:12-11-2018, 15:29
Baxış Sayı:544

Dünya tarixində ən önəmli olaylardan biri də Amerika qitəsinin kəşfidir. Bu, məşhur italyan səyyah Xristofor Kolumbun adı ilə bağlı olsa da, bəzi tarixçilər həmin qitəyə ondan əvvəl başqa xalqların, səyyahların getdiyini iddia edirlər. Məsələn, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında məlumatlar var.

Qəribədir ki, bir çox xalq, eləcə də azərbaycanlılar bu nəhəng qitənin kəşfindən çox-çox sonralar xəbərdar olublar.

Bu barədə maraqlı bir faktı açıqlayan tarixçi Əkbər Nəcəf Amerikanın kəşfi haqqında danışmağın o vaxtlar Rusiya İmperiyası tərəfindən qadağan edildiyini bildirib:

"Ruslar Amerikanın kəşfini italyan keşiş Maksim Grekdən 1518-ci ildə öyrəndilər. Osmanlılar isə 1498-ci ildə bu xəbəri Piri Rəisin ələ keçirdiyi Kolumba aid bir xəritə vasitəsilə öyrəndi. Azərbaycan ictimaiyyətinə bunu ilk çatdırmaq istəyən Abbasqulu Ağa Bakıxanov idi. Ancaq bununla bağlı yazdığı risalə Rusiya tərəfindən qadağan edilib.

Abbasqulu ağa həmin əsərində Amerikadakı cəmiyyət haqqında maraqlı məlumatlar verirdi. Amerikanın istiqlal müharibəsindən də danışırdı. Belə şeylər Rusiyada qadağan idi. Bu cür inqilabi termin və ifadələri dilə gətirmək, açıqlamaq olmazdı".

Azər Azadzadə Atəs

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir