hemle

Binəli Yıldırım: “Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var”

Tarix:20-02-2021, 15:04
Baxış Sayı:362

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var.

hemlemedia.az-ın məlumatına əsasən, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım “Milli Məclis” jurnalına müsahibəsində deyib .

“Odur ki, kimsənin qalxıb “bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı”, - deyən B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir.

O qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi.

“Ermənistanla bu qarşıdurma əlbəttə ki, bir gün olacaqdı. Bax, bu günə ciddi hazırlaşan Ali Baş Komandan İlham Əliyev atasına da verdiyi sözə sadiq qalaraq kifayət qədər gənc yaşından Azərbaycanın çətin idarəetmə məsuliyyətinin, onu mütləq qələbəyə aparacaq doğru yolun özülünün qoyulması yükünün altına çəkinmədən girdi. Ermənistan Qarabağdan qopduğunun fərqinə varınca, cəbhəni genişləndirmək, müharibəni Qarabağ müstəvisindən çıxarmaq üçün nələr etmədi!? Tərtər, Gəncə, Ağdam və digər məntəqələrə raket zərbələri endirildi, amma İlham Əliyev bunların bir oyun olduğunu bilərək, səbirli davrandı, müdrik qərarlar verdi və bunun müsbət nəticə verəcəyinə əmin oldu. Gedişat isə məhz belə oldu”.

Eks-baş nazir bildirib ki, Türkiyə bu gedişatı narahatlıqla izləyirdi, çünki Azərbaycanın bəzi ictimai dairələrində də ermənilərə onların tərzində cavab vermək istiqamətində qəzəb formalaşmışdı.

“Lakin İlham Əliyev bu təhlükələrə qarşı çox ağıllı və həssas mövqe sərgiləyərək, Qarabağ savaşının Azərbaycanla Ermənistan arasında total müharibəyə çevrilməsinə əsla icazə verməyəcəyini açıqca söylədi və bu yöndə əlindən gələni etdi. Bildiyiniz kimi, Ermənistan bu arada böyük oyunlar oynadı, istər Rusiyanı, istər Avropanı və Birləşmiş Millətlər Təşkilatını bu münaqişəyə cəlb etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə salmaq üçün xeyli səylər göstərdi, lakin onların heç biri nəticə vermədi”, - deyə B.Yıldırım söyləyib.

Aqşin Kərimov

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ