hemle

Sarkisyan dünya ictimaiyyətinə yalvardı: "Dayandırın, yoxsa Qarabağ yeni Suriyaya çevriləcək"

Tarix:1-10-2020, 17:10
Baxış Sayı:411

ATSH.AZ bildirir . Ermənistan prezidenti Armen Sarkisyan beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı problemə müdaxilə etmədiyi təqdirdə Qafqazın yeni bir Suriyaya çevrilə biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Sarkisyan bunu CNBC-yə 30 sentyabr çərşənbə günü verdiyi müsahibəsində elan edib.

Sarkisyan “Qafqazın başqa bir Suriyaya çevriləcəyini təsəvvür edirsinizmi? Beynəlxalq ictimaiyyət bu an (Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə) müdaxilə etməsə, Qafqazın yeni bir problemə çevriləcəyini anlamalıdır” deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət nəhəng, yeni bir problemə çevriləcək.

Daha əvvəl İrəvanda Ermənistan milli maraqlarının zərərinə Azərbaycanla sülh sazişi bağlamağa hazır olmadığını söyləyib.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dialoq çağırışlarının indi yersiz olduğunu bildirib.

Haşiyə: Qafqazın (əsasən Qarabağ nəzərdə tutulur) Suriyaya çevrilməsi fikirləri indiyədək söylənilən erməni nağıllarına bənzəyir. Azərbaycanın hadisələri yaxından izləyən və vaxtında operativ reaksiya verən lideri, Ali Baş Komandanı var. İşğal edilən torpaqlarımız azad edildikdən sonra səmtimiz Zəngəzura və Göyçə mahalına doğru olacaq. Fikri-zikri Londonda dolaşan Sarkisyana isə xatırladırıq ki, “Yeni Suriya” məhz Qafqazın “Ermənistan” (Qərbi Azərbaycan) adlı ərazisində olacaq. Bəşər Əsəd kimi ölkəyə nəzarətiniz tamamilə itəcək.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR