hemle

Medvedyev: "Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”

Tarix:28-09-2020, 16:39
Baxış Sayı:370

“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni bir gərginlik növbəti dəfə qan tökülməsinə və insan itkisinə səbəb olub. Dağlıq Qarabağ problemini silah yolu ilə həll etmək olmaz”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, nizamlanma istisnasız olaraq siyasi-diplomatik yolla həyata keçirilməlidir: “Mən dəfələrlə buna şəxsən əmin olmuşam, xüsusilə iki ölkənin danışıqları zamanı Rusiya Federasiyasından vasitəçi kimi çıxış etdiyim zaman. İndi bütün tərəflərin sakitləşməsi lazımdır. Hər şeydən əvvəl ehtirasları gərginləşdirməyi dayandırın, davakar ritorikadan qurtulun və münaqişənin hərbi hissəsini birgə fəaliyyətlə dayandırın. Əks təqdirdə region üçün fəlakətli nəticələrin qarşısını almaq olmaz. Bu gün böhrandan çıxmaq üçün bütün imkanlardan, həm də ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik mexanizmlərindən, ikitərəfli formatdan istifadə edilməlidir. Ermənistan və Azərbaycan bizim qonşularımız və yaxın tərədaşlarımızdır”.
hemlemedia.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı