hemle

Prezident İlham Əliyev Nəriman Həsənzadəni təbrik etdi

Tarix:17-02-2021, 22:49
Baxış Sayı:265

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.

Digər xəbərlər
16:44 Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz
16:40 Estoniyada erməni keşiş Paşinyana qonşularla sülh arzuladı: II Qaregin dəli oldu
16:29 Birlik əməkdaşları və ailə üzvlərinin Mərkəzi Nəbatat Bağına gəzintisi baş tutub
12:27 Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
12:24 Qızıl və gümüş ucuzlaşıb
12:19 7.2 ballıq zəlzələ olacaq, xeyli insan öləcək - Professordan xəbərdarlıq
12:16 Avropa ölkəsində qalmaqal: Hitlerin namizədliyi irəli sürüldü
12:14 Ermənistan-Gürcüstan sərhədi titrədi