Naməlum şəxslər Finlandiyanın Kanta-Xyame əyalətində keçirilən seçkilərdə Adolf Hitleri namizəd kimi irəli süürüblər. Rayonda bunu əks etdirən qalmaqallı vərəqələr peyda olub.
Bu barədə Finlandiyanın "Yle" nəşri məlumat yayıb.
"Onlar nasist lideri Adolf Hitlerə “namizəd” kimi səs verməyə çağırıblar. Vərəqələrdəki “namizədin nömrəsi” 88 idi”, - nəşrin hesabatında deyilir.
Xəbərə görə, neo-nasist simvolizmində 88 rəqəmi nasistlərin "Heil Hitler" salamına istinad edir: H hərfi əlifbanın səkkizinci hərfidir.
Qeyd edək ki, aprelin 29-da Argentina hökuməti İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Cənubi Amerika ölkəsinə sığınan nasist cinayətkarların fəaliyyətinə işıq salan arxiv materiallarının məxfiliyini çıxarıb və ictimaiyyətə açıqlayıb.
Nəşr olunan sənədlər arasında Argentina kəşfiyyatı tərəfindən konsentrasiya düşərgəsi məhbusları üzərində qeyri-insani təcrübələri ilə tanınan həkim Yozef Menqel haqqında tərtib edilmiş dosye xüsusi diqqət çəkir.