"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə Mərkəzi Nəbatat Bağına ekskursiya baş tutub.
Gəzinti zamanı ümumilikdə 96 nəfər Mərkəzi Nəbatat Bağının imkanlarından yararlanıb. Əməkdaşlar və onların ailə üzvləri burada müasir tələblərə cavab verən yeni oranjereyalar, göl kompleksi və müxtəlif ekspozisiyalarla tanış olublar. Ekskursiya çərçivəsində xarici ölkələrdən gətirilmiş, xüsusi şəraitdə bəslənən müxtəlif növ nadir dekorativ ağaclar, kol və güllərə də baxış keçirilib.
Məlumat üçün bildirək ki, dövlət başçısının müvafiq sərəncamı ilə 46 hektar sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı abadlıq, yenidənqurma işləri aparılıb və yenidən istifadəyə verilib.