hemle

Ermənilərin Azərbaycan ərazisində rus diliylə bağlı - Təxribatı

Tarix:17-02-2021, 17:09
Baxış Sayı:289

Ermənilər Azərbaycan ərazisində daha bir təxribata əl atıblar. , Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən gün separatçı rejimin “Milli Məclis”i erməni dilindən əlavə, rus dilinin də rəsmi dil kimi tanınmasına dair bir “qanun layihəsi” təqdim edib.

***

Musavat.com saytında hadisəylə bağlı geniş məlumat dərc olunub. Qeyd olunub ki, Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə "böyük qardaşı" Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər. Onların biri də budur ki, dünən qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin rəsmi dövlət dili kimi tanınması barədə qanunu imzalayıb.

Öz tükdən asılı mövcudluqlarını Moskvaya, Kremlə borclu olan, "sülhməramlı qüvvələr"ə güvənərək bunkerlərdən bayıra çıxıb şəhərdə hərəkət edə bilən "hökumət"in belə bir addımı, şübhəsiz ki, "lap böyük qardaş"a yarınmaq cəhdidir. Qondarma "dqr"-də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin "rəsmi dil" kimə nə üçün lazımdır?

Hər hansı bir status alıb-almamasından asılı olmayaraq, sülhməramlılar onsuz da öz dillərində danışırlar və erməniləri onlarla bu dildə danışmağa məcbur qoyublar.

Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı