hemle

Rus hərbçiləri Xankəndində hərbi xəstəxana yaratdılar

Tarix:30-11-2020, 10:40
Baxış Sayı:430


Rusiya Federasiyasının Müdafiə Nazirliyi Dağlıq Qarabağda səhra xəstəxanası istifadəyə verib.

Bu barədə "RIA Novosti" məlumat yayıb.

"Hər şeydən əvvəl, sülhməramlı kontingentin tibbi dəstəyinə diqqət ayırırıq. Mülki əhaliyə də yardım göstərməyə hazırıq. Öz vəsaitimiz hesabına 40-a qədər adam qəbul edə bilərik", - deyə tibbi bölmənin sədri Yaroslav İvanov bildirib.

Onun sözlərinə görə, xəstəxana reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat otağı, stomatoloji kabinet və oftalmoloq kabineti ilə təchiz olunub. Ventilyatorlar, ultrasəs və rentgen aparatları var.

Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 10 noyabrda imzalanan müqaviləyə uyğun olaraq rus sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilir. Razılaşma həmçinin 27 sentyabrda başlanan döyüş əməliyyatlarının tamamilə dayandırılmasını, əsirlərin və cəsədlərin mübadiləsini nəzərdə tutur. Bundan əlavə, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da Azərbaycana qaytarmalıdır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı