hemle

Azərbaycandan hava yolu ilə dörd ölkəyə gedənlərdən tələb edilən sənədlər AÇIQLANDI

Tarix:17-02-2021, 14:00
Baxış Sayı:347

Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər açıqlanıb.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov öz “Facebook” hesabında məlumat paylaşıb.

O bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur:

“Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən altı yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsini və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir”.

“Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir”, - deyə V.Hüseynov əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir