hemle

Türkiyəyə səfər edənlərin nəzərinə - Bütün sərnişinlərdən...

Tarix:30-12-2020, 11:57
Baxış Sayı:294


Bu gündən etibarən Türkiyəyə hava yolu ilə gələn bütün sərnişinlərdən koronavirus test nəticəsinə dair arayış tələb olunacaq.

Unikal.org xəbər verir ki, bu barədə Türk Hava Yollarının Mətbuat xidməti məlumat yayıb

“Türkiyəyə və ya Türkiyədən keçərək başqa bir ölkəyə uçan sərnişinlər uçuşdan 72 saatdan əvvəl edilən koronavirus test nəticəsinə dair arayışı təqdim etməlidirlər. Qayda yerli vaxtla 30 dekabr 2020-ci il saat 12:00-dan etibarən qüvvəyə minir. Altı yaşdan kiçik sərnişinlərdən arayış tələb olunmayacaq”,-deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, sözügedən arayış ingilis dilində olmaq şərti ilə elektron və kağız formatında təqdim edilə bilər. Arayışı təqdim etməyən sərnişinlər uçuşa buraxılmayacaqlar.

Yeni qaydanın 1 mart 2021-ci il tarixinədək qüvvədə olacağı bildirilir.

Digər xəbərlər
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir