hemle

VALİDEYNLƏRİ İŞSİZ OLAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Tarix:21-04-2020, 21:16
Baxış Sayı:404

“Valideynləri işsiz kimi qeydiyyata alınan tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”.

ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında qeyd edib.

Onun sözlərinə görə, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək:

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur.
Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir.

İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq