hemle

"Aİ-92"nin keyfiyyətindəki problemlərlə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:17-02-2021, 13:08
Baxış Sayı:330

“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub və vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.

hemlemedia.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”.

Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.

Xatırladaq ki, Azərbaycanda “Ai-92” markalı benzinin satış qiyməti Tarif Şurasının 2021-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Həmin qərarla “Ai-92”nin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir