hemle

Şəhid ailələrinə veriləcək evlərlə bağlı nazirdən AÇIQLAMA

Tarix:16-01-2021, 15:40
Baxış Sayı:330



Yaxın zamanda keçmiş köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsinə başlanılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən ilin yekunlarına və bu ilki sosial hədəflərə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Prezidentin göstərişi ilə mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır:

“Bu proses tamamlandıqdan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq”.

Xatırladaq ki, nazir 2020-ci il üzrə mənzillə təminat proqramında 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzillə və fərdi evlə təminatının uğurla icra olunduğunu qeyd edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir