hemle

Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək - RƏSMİ

Tarix:3-02-2021, 13:02
Baxış Sayı:294

Müharibə zamanı travma və ya xəsarət almış şəxslərə dərhal xidmət göstərilməsini təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə, Müdafiə, Səhiyyə nazirlikləri və TƏBİB nümayəndələri ilə birgə işçi qrup yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

O bildirib ki, işçi qrupun yaradılmasının əsas məqsədi hərbi travma və xəsarət alan müharibə iştirakçısı olmuş vətəndaşlarımıza operativ yardımı təmin etməkdir:

“Bu işçi qrup çərçivəsində beş region və Bakı üzrə qruplar yaradılıb. Operativ qaydada ucqar kəndlərdən tutmuş bütün respublika üzrə hazırlanan siyahı çərçivəsində qazilərimiz ziyarət ediləcək.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların yaşadıqları ünvanlarda və müalicə aldıqları tibb müəssisələrində ilkin müayinələr aparılıb. Müayinələr əsasında qazilərimiz üç kateqoriyaya bölünüb: ağır, orta və yüngül.

İşçi qrup tərəfindən müharibə zamanı xəsarət almış 3 minə yaxın hərbi qulluqçunun əyani müayinəsi həyata keçirilib. Hər biri üzrə müəyyən protokol tərtib edilib. 30 nəfərdən çox qazidə əlilliyin təyinatı aparılıb. Artıq biz onlar üçün protez istehsalına başlamışıq. Onlar agentliyimizin tabeliyində olan reabilitasiya müəssisələrinə yerləşdiriliblər”.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə artıq 2020-ci ilin son aylarında əlavə 23 növ reabilitasiya vasitələri xidmət göstərilən sahəyə əlavə edilib və ümumi reabilitasiya vasitələrinin sayı 57-ə çatıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir