hemle

Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı

Tarix:13-11-2018, 14:42
Baxış Sayı:592

Tədbiri AFFA və ƏƏSMN təşkil edib

Uşaq Hüquqları aylığı çərçivəsində AFFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı təşkil edib.

Atəsh.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu müəssisədə, habelə 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Ümumilikdə 230 nəfərdən çox uşağın daimi dövlət təminatında yaşadığı hər iki müəssisədə uşaqların stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilməklə, onların sosial reabilitasiya yönümlü tədbirlərə, bacarıqlarına uyğun idman növlərinə cəlb olunması üçün də işlər aparılır. Futbol festivalında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, habelə ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin həyat yoldaşları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar uşaqların bacarıqlarının inkişafı üçün fəaliyyət göstərən dərnəklərlə, emalatxanalarla, uşaqların hazırladıqları əl işləri ilə tanış olublar.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
09:41 Zelenski ilə danışdı, Putinə müraciət etdi: Siz də bunu etməlisiniz
09:39 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
09:33 Kompüter tomoqrafiyası xərçəngə səbəb olur - Yeni araşdırma
09:23 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı