hemle

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirib

Tarix:2-02-2021, 21:00
Baxış Sayı:325

“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, mövcud qaydalara görə, beş ildən bir əhali - abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

Qurumun mətbuat katibi ikinci məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sayğacların ümumiyyətlə istifadəsi müddətində onların iş prinsiplərində qüsurların yaranması mümkündür:

“Dövlət yoxlanışı zamanı heç də sayğacların hamısı saz vəziyyətdə çıxmır. Onların iş prinsiplərində qüsurların olması təcrübədə də özünü göstərir. Lakin bu heç də sayğacların sərfiyyatı artıq qeydə alması mənasını vermir. Yəni, açıqlamada qeyd olunan qüsur sayğacın artıq sərfiyyat qeydə alması anlamına gəlmir”.

Digər xəbərlər
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var
22:46 Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər
22:19 SEPAH-ın kəşfiyyat rəisi və müavini ÖLDÜRÜLDÜ
22:16 Xameneiyini öldürəcəklər? - İranda rejimi dəyişdirmək planının şifrələri
09:23 İranın ümumilikdə 14 nüvə alimi öldürüldü
09:11 Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi